Məmmədyarov səfirlə sağollaşdı

Məmmədyarov səfirlə sağollaşdı
  27 İyun 2018    Oxunub:879
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qətərin ölkəmizdəki səfiri Yusif bin Həsən Yusif əl-Saini ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, səfir Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Yusif bin Həsən Yusif əl-Sainiyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

AzVision.az


Teqlər: XİN   Qətər  





Xəbər lenti