Məcburi köçkünlərlə növbəti görüş keçirilib

Məcburi köçkünlərlə növbəti görüş keçirilib
  27 İyun 2018    Oxunub:1557
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 27-də məcburi köçkünləri qəbul edib.
Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, müraciətlər əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status, məskunlaşma, kommunal xidmətlər, məşğulluq və s. məsələlərlə bağlı olub.

Komitə sədri qəbul etdiyi məcburi köçkünlərin hər birinin müraciətinin diqqətlə araşdırılması və mövcud qanunvericilik çərçivəsində cavablandırılması barədə tapşırıq verib.

AzVision.az


Teqlər: Rövşən-Rzayev  





Xəbər lenti