Azay Quliyev seçicilərini qəbul edib

Azay Quliyev seçicilərini qəbul edib
  28 İyun 2018    Oxunub:1151
Milli Məclisin deputatı Azay Quliyev bu gün seçicilərini qəbul edib.
AzVision.az xəbər verir ki, deputat seçicilərini ayrılıqda dinləyərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən əmlak, əfv, məşğulluq, hüquq məsələləri və digər mövzuları əhatə edib. Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını və onların həlli üçün müvafiq addımlar atacağını deyib.

Deputat bildirib ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.

AzVision.az


Teqlər: Azay-Quliyev  





Xəbər lenti