İyunun son hərracı keçirilib

İyunun son hərracı keçirilib
  28 İyun 2018    Oxunub:1654
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun son hərracı reallaşıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, budəfəki hərracda təmir-tikinti və elektrik quraşdırma sahəsi üzrə fəaliyyət göstərən Yevlax Tikinti-7 Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirilib. Belə ki, Yevlax şəhəri, İnşaatçılar küçəsində yerləşən səhmdar cəmiyyətinin 30% səhm paketi sahibini tapıb. Hərracda özəlləşdirilmiş səhm zərfinin nominal dəyəri 20 min 754 manatdır.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi olan İmişli rayonu, Cavadxanlı kəndində yerləşən yardımçı təsərrüfatın ümumi faydalı sahəsi 608 kv.m-dir. Torpaqla birlikdə özəlləşdirilmiş bu əmlak kənd təsərrüfatı məhsullarının istehsalı və emalını, eləcə də bu sahəyə olan mövcud tələbatın ödənilməsini mümkün edəcək. Mingəçevir şəhərində yerləşən Boyaq bəzək sexinin yarımçıq tikilisinin sahibi olmuş şəxs əmlaka investisiya yatıraraq həm müvafiq, həm də başqa sahələr üzrə səmərəli fəaliyyəti təmin edə bilər.

Paytaxt ərazisində özəlləşdirilmiş qeyri-yaşayış sahələri Nizami və Nəsimi rayonlarında, digərləri isə Gəncə və Mingəçevirdə yerləşir. Ümumi faydalı sahəsi 242 kv.m olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 1 mərtəbəli ayrı tikili xidmət sahəsində gəlir əldə etmək üçün ideal seçimdir. Bu hərracda iştirakçı buraxılış ili 2008 olan Hyundai Sonata markalı avtomobil üçün 8 min manat ödəməklə onun sahibinə çevrilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyulun 3-ü tarixində keçiriləcək. Hərraca investorlar üçün maraqlı ola biləcək 105 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarına 21 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisə və obyektləri, 78 qeyri-yaşayış sahələri aiddir.

AzVision.az


Teqlər: Komitə   Hərrac  





Xəbər lenti