“Taliban” nümayəndəsi sülh üçün Bakıya gəldi

“Taliban” nümayəndəsi sülh üçün Bakıya gəldi
  28 İyun 2018    Oxunub:2198
"Bakıda keçirilən görüşün Əfqanıstan münaqişəsinin həlli baxımından çox faydalı olacağını düşünürəm"

AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Əfqanıstan üzrə beynəlxalq əlaqələndirmə qrupunun toplantısında iştirak edən "Taliban" hökumətinin Pakistandakı sabiq səfiri Əbdülsələm Zəif jurnalistlərə açıqlamasında deyib.
Ə.Zəif qeyd edib ki, bu gün keçirilən iclas zamanı Əfqanıstandakı seçkilər, "Taliban" və Əfqanıstan arasında sülh prosesinin növbəti danışıqlar mərhələsi və.s məsələlər müzakirə ediləcək:

"Eyni zamanda hərbi əməliyyatlar da müzakirə olunacaq. Sonuncu sessiyada "Taliban"la sülh prosesinə dair növbəti addımlara dair çıxışım olacaq".

Bakıda ilk səfəri olduğunu xatırladan Zəif Əfqanıstanın yaxşı gələcəyinin olacağına inanır.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Taliban   Səfir   Bakı   Əfqanıstan  





Xəbər lenti