Corat sakini atasını öldürüb dənizə atdı

Corat sakini atasını öldürüb dənizə atdı
  28 İyun 2018    Oxunub:1285
İyunun 27-də saat 6 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində meyit tapılması barədə daxil olmuş məlumatla əlaqədar Sumqayıt şəhər polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Corat qəsəbə sakini Elşən İsgəndərov olduğu müəyyən edilib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, araşdırmalarla iyunun 26-da saat 20 radələrində Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində E.İsgəndərovla oğlu İsmayıl arasında baş vermiş münaqişə zəminində sonuncunun onu bıçaqlaması və suda boğması müəyyən edilib. Görülmüş tədbirlərlə İsmayıl saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti