Keçmiş məhkum 2 evdən oğurluq edib

Keçmiş məhkum 2 evdən oğurluq edib
  28 İyun 2018    Oxunub:1151
Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən mağazaların birindən dəmir qapı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa və qəsdən sağlamlığa az ağır zərər vurmaya görə məhkum olunan Akif Cabbarov saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisində 2 həyətdən su sayğacı, bir zirzəmidən isə kondisioner oğurlaması da müəyyən edilib. Faktla bağlı cinayət işli başlanılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti