Ulduzlar “ASAN Xidmət”də- FOTOLAR

Ulduzlar  “ASAN Xidmət”də- FOTOLAR
  15 Oktyabr 2013    Oxunub:1374
`Sən azərbaycanlısan` klipininin təqdimatında iştirak edən məşhurlarla görüş keçirilib.

Bu gün 3 saylı “ASAN Xidmət” mərkəzində İlham Əliyevin prezident seçkilərində qalibiyyətinə həsr olunmuş `Sən azərbaycanlısan` klipininin təqdimatında iştirak edən məşhurlarla görüş keçirilib. AzVision.az xəbər verir ki, görüşdə Zülfiyyə Xanbabayeva, Alim Qasımov, Fərqanə Qasımova, Gövhər Həsənzadə, Fidan və Xuraman Qasımova, Murad Dadaşov, Nərgiz Cəlilova iştirak ediblər.

“ASAN Xidmət” Mərkəzinin rəhbəri İnam Kərimov da təbirdə çıxış edib. O, bildirib ki, “ASAN Xidmət” vətəndaşlara rahat xidmət göstərir, vətəndaşlarının rahatığını təmin etməyə çalışır: “Asan Xidmət xalqın xidmətidir, burada vətəndaşlara rahat və operativ şəkildə xidmət göstərilir”.

İ.Kərimov bu cür xidmətin yaradımasının əsas təşəbbüskarı olan prezident İlham Əliyevə təşəkkür edib: “9 oktyabrda xalq öz seçimini etdi və İlham Əliyevə səs verməklə inanmını göstərdi. Xalq İlham Əliyevə davam dedi. O cümlədən “ASAN Xidmət” də öz fəaliyyətinə davam edəcək”-deyə, mərkəzinin rəhbəri əlavə edib.

Sonda tədbirdə iştirak edən məşhurlara gül dəstəsi və təşəkkürnamələr verilib. Onlar da Azərbayacanda bu cür rahat, operativ bir xidmətinin olmasından məmnun olduqlarını qeyd ediblər.

Nihadə Eyyubova

Qalereya




Teqlər:  





Xəbər lenti