Düşmən Qarabağda taktiki təlimlər keçirib

Düşmən Qarabağda taktiki təlimlər keçirib
  29 İyun 2018    Oxunub:919
Ötən gün Ermənistan ordusunun Qarabağdakı qanunsuz hərbi birləşmələri növbəti dəfə takitiki təlim keçirib.
Cəbhənin şərq istiqamətində hərbi hissələrindən birinin şəxsi heyəti cəlb edilməklə taborun döyüş atışlı taktiki təlimi keçirilib. Təlimdə həm müdafiə, həm də hücum xarakterli əməliyyatlar yerinə yetirilib.

Təlimin şərtlərinə görə, hücuma keçən qüvvələrə qarşı ön xətdə növbətçilik aparan taborlardan birinin şəxsi heyəti döyüşə atılıb. Əlavə qüvvələrin köməyi ilə rəqibin hədəflərinin məhv edilməsinə və əks-hücum əməliyyatlarına başlanılıb, cəbhə xətti yenidən bərpa edilib.

Təlimin məqsədi qarşıya qoyulan tapşırığın şəxsi heyət tərəfindən icra qabiliyyətini yoxlamaq olub.

Qeyd: Ehtimal olunur ki, təlimə cəlb edilən Xocavənd istiqamətində yerləşən düşmənin 35383 nömrəli hərbi hissəsidir. Hərbi hissə komandiri polkovnik Karen Qriqoryandır. (Ordu.az)

AzVision.az


Teqlər: Qarabağ   Təlim  





Xəbər lenti