Almaniya Azərbaycana silah satacaq? – İrəvan təşvişdədir

Almaniya Azərbaycana silah satacaq? – İrəvan təşvişdədir
  29 İyun 2018    Oxunub:14139
Avropanın hərbi texnika və silah istehsalı ilə məşğul olan ən iri konserni “Rheinmetall” Azərbaycanla müqavilə imzalamaq niyyətindədir.

AzVision.az xəbər verir ki, bu barədə Almaniya mətbuatında dərc olunan yazılarda bildirilib.
İyunun ortalarında Parisdə keçirilən “Eurosatory 2018” beynəlxalq hərbi sənaye sərgisi çərçivəsində Almaniyanın “Rheinmetall” şirkətinin nümayəndəsi Con Teylor və Azərbaycanın mərhum müdafiə sənayesi naziri Yavər Camalov “ikitərəfli əməkdaşlığın gələcəyi haqqında” birgə bəyannamə imzalayıblar.

“Rheinmetall”ın verdiyi məlumata əsasən, Azərbaycanla əməkdaşlıq imkanlarının öyrənilməsi barədə razılığa gəliblər. Qeyd olunub ki, “Rheinmetall” konserni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) embarqo qoymadığı sahələrdə Azərbaycana hərbi xidmətlər göstərəcək.



Almaniyanın və Avropanın ən iri hərbi şirkətinin Azərbaycana silah və hərbi texnika satmaq perspektivi İrəvanda ciddi təşviş yaradıb. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan bildirib ki, “Rheinmetall” kimi iri həcmdə hərbi texnika istehsal edən şirkətin Azərbaycanla əməkdaşlığı münaqişə zonalarına hərbi texnika göndərilməsilə bağlı Almaniya qanunvericiliyini pozur və Berlinin beynəlxalq öhdəliklərinə ziddir. Bu əməkdaşlığın Cənubi Qafqazda hərbi balansı növbəti dəfə Azərbaycanın xeyrinə pozacağından narahat olan Aşotyan, Bundestaqın diqqətini bu məsələyə çəkəcəyini deyib.





Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Almaniya   Ermənistan   “Rheinmetall”  





Xəbər lenti