“Sən kiminsə istefa verəcəyinə inanırsan?” - Spikerdən cavab

“Sən kiminsə istefa verəcəyinə inanırsan?” - Spikerdən cavab
  29 İyun 2018    Oxunub:1461
“Azərbaycanda hakimlərə tətbiq edilən yaş məhdudiyyətinə düzəliş edilməlidir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, nəzərdə tutulan yaş həddi 68-dir:

“Bu, rəqəm artırılmalıdır. Ömürlük olması da problem yaratmaz. Əgər kim işləyə bilməyəcəksə, istefa verəcək. Digər dövlətlərdə də bu cürdür”.

Milli Məclisin sədri Oqtay Əsədov Q.Həsənquliyevə belə cavab verib: “Sən kiminsə istefa verəcəyinə inanırsan?!”

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti