Cocuq Mərcanlıda beynəlxalq konfrans keçirilib - FOTOLAR

Cocuq Mərcanlıda beynəlxalq konfrans keçirilib - FOTOLAR
  01 İyul 2018    Oxunub:6877
Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilib.
AzVision.az xəbər verir ki, konfransda Rusiyanın bir qrup deputatı, ictimai-siyasi xadimlər, ekspertlər və azərbaycanlı millət vəkilləri iştirak ediblər.

Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur.

Qeyd edək ki, Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin və ictimai xadim Maksim Şevçenko konfransda iştirak etmək üçün Cocuq Mərcanlıya gəlib.







AzVision.az


Teqlər: Cocuq-Mərcanlı  





Xəbər lenti