İsti hava zəlzələ təhlükəsi yaradır? - Açıqlama

İsti hava zəlzələ təhlükəsi yaradır? - Açıqlama
  02 İyul 2018    Oxunub:1898
"Zəlzələ ocaqları litosferin dərin qatlarında yerləşir və orda gedən təbii proseslərin meteroloji amillərlə heç bir əlaqəsi yoxdur"
AzVision.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı son günlər hava şəraitinin kəskin dəyişməsi ilə ayrı-ayrı ərazilərimizdə baş verən zəlzələlər arasında hər hansı əlaqənin olmasına dair sualı cavablandırarkən deyib.

Qurum rəsmisi bildirib ki, zəlzələlərin ardıcıl baş verməsi həmin ərazilərin aktiv zonada yerləşməsi ilə bağlıdır.

"Seysmik baxımdan aktiv zonalarda aşağı maqnitudalı təkanların baş verməsi güclü zəlzələlərin qarşısını alır və yerdə enerji boşalması baş verir. Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Şəbəkəsi "real vaxt" rejimində işləyir və Azərbaycan ərazisindəki seysmik vəziyyət daim müşahidə altındadır".

AzVision.az


Teqlər: Zəlzələ   Hava  





Xəbər lenti