Prezident polis əməkdaşlarını təbrik edib

Prezident polis əməkdaşlarını təbrik edib
  02 İyul 2018    Oxunub:1660
Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.
AzVision.az-ın məlumatına görə, mərasimdə Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və digər qonaqlar iştirak edirlər.

Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda qeyd olunub ki, bu tarix yalnız daxili işlər orqanları üçün deyil, müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir:

“1991-ci ildə Azərbaycan müstəqil olduqdan sonra ölkə idarə olunmaz vəziyyətdə idi. Bu, polis orqanlarına mənfi təsir göstərmişdi, kriminogen durum nəzarətdən çıxmışdı. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması dövləti uçurumdan xilas etdi. Bu gün Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Ölkədə insan hüquqları ədalətli şəkildə qorunur. Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır. Əminəm ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizəni bundan sonra da uğurla davam etdirəcək”.

AzVision.az


Teqlər: Prezident   Məktub   Polis  





Xəbər lenti