“İl ərzində 2 mindən çox cinayətin üstü açılır” - Ramil Usubov

“İl ərzində 2 mindən çox cinayətin üstü açılır” - Ramil Usubov
  02 İyul 2018    Oxunub:1156
“Həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrupsiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərəçarpacaq dərəcədə aşağı düşüb”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.

Nazir bildirib ki, Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstü açılır: "Son 15 ildə respublikada hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma, oğurluqların, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır. Son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə istintaq orqanlarına təhvil verilib, cinayətlərin açılması orta hesabla 87 faiz təşkil edir. Qeydə alınan cinayətlərin, təqribən, 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”.

AzVision.az


Teqlər: Nazir   Ramil-Usubov   DİN  





Xəbər lenti