584.5 min hektar sahədə taxıl biçini aparılıb

584.5 min hektar sahədə taxıl biçini aparılıb
  02 İyul 2018    Oxunub:1256
Bu il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanın 38 rayonundan 513,5 ton yaş barama qəbul edilib.
AzVision.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bundan başqa, indiyə qədər ölkə üzrə 584.5 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 300,1 min hektarı buğda, 284,4 min hektarı arpa sahələridir.

Hazırki məlumatlara əsasən, buğdanın orta məhsuldarlığı 31 s/ha, arpanınkı isə 27.8 s/ha təşkil edir.

Hazırda rayonlarda barama qəbulu və biçin davam etdiyi üçün mövsümün sonuna qədər bu rəqəmlər dəyişəcək.

Son bir həftə ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 14 mexanizatorun etbarlılıq müddəti bitmiş sürücülük vəsiqəsi yenisi ilə əvəz edilib, 12 mexanizatora yeni sürücülük vəsiqəsi verilib, 29 kənd təsərrüfatı texnikasının qeydiyyatı aparılıb, 29 kənd təsərrüfatı texnikasına texniki baxış keçirilib.

AzVision.az


Teqlər: Barama   Taxıl   KTN  





Xəbər lenti