835 dini qurum dövlət qeydiyyatından keçib

835 dini qurum dövlət qeydiyyatından keçib
  02 İyul 2018    Oxunub:1351
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib.
DQİDK-dən AzVision.az-a verilən məlumata görə, bu məqsədlə təşkil edilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər. Tədbirdə 26 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 835 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (Xristian – 20; Yəhudi – 8; Krişna – 1; Bəhai – 2) təmayüllüdür.

AzVision.az


Teqlər: Komitə   Din   Qurum   Qeydiyyat  





Xəbər lenti