DSX-dan xüsusi əməliyyat - Narkotacir qadınlar tutuldu

DSX-dan xüsusi əməliyyat - Narkotacir qadınlar tutuldu
  02 İyul 2018    Oxunub:1927
Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri dövlət sərhədini pozmaqla qaçaq­malçılıq yolu ilə ölkə ərazisinə gəti­ril­məsinə qarşı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər davam etdirilir.
DSX-nın Mətbuat Mərkəzindən AzVision.az-a verilən məlumata görə, iyunun 30-da keçirilmiş əməliyyat tədbiri nəticəsin­də DSX əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.



Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sin­də Astarada narko­tik vasitəni qəbul edərək sifarişçiyə çatdır­malı olan As­ta­ra şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti mü­əy­­yən olunub.



İyulun 1-də əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Sum­qa­yıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şə­hə­­rin­də narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey­ri-qanuni dövriy­yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olun­muş Corat qəsəbə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.



DSX-nın İstintaq və Təhqiqat İdarəsi tərəfindən saxlanılmış şəxslər barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi isti­qa­mətində əməliy­yat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DSX   Narkotik  





Xəbər lenti