Bakıda Qarabağ beynəlxalq forumu keçirilib

Bakıda Qarabağ beynəlxalq forumu keçirilib
  03 İyul 2018    Oxunub:1331
İyulun 2-də Bakıda Qarabağ beynəlxalq forumu keçirilib.
Forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Ermənistanın təcavüzü nəticəsində ölkəmizə vurulan zərərlə bağlı müzakirələr aparılıb.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov tədbirdə çıxış edərək əsas məqsədin Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildiriblər.

Diqqətə çatdırılıb ki, Bərdə şəhərində davam edəcək forumun yekununda gənclər tərəfindən qətnamə qəbul olunacaq. Həmin sənəd Avropa Gənclər Parlamentinin Berlində yerləşən ofisinə təqdim ediləcək.

Forum “Qarabağ Qafqazın mədəniyyət mərkəzidir” adlı konsert proqramı ilə davam edib.











AzVision.az


Teqlər: Bakı   Qarabağ   Forum  





Xəbər lenti