"Regionlarda enerji verilişi 80 faiz bərpa olunub" - RƏSMİ

"Regionlarda enerji verilişi 80 faiz bərpa olunub" - RƏSMİ
  03 İyul 2018    Oxunub:1481
Bakı şəhərinə elektrik enerjisinin verilişi 100 faiz, regionlarda isə 80 faiz bərpa olunub.

Bu barədə AzVision.az-a açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.
O bildirib ki, yaxın vaxt ərzində ölkə ərazisində elektrik enerjisinin verilişini 100 faizə çatdıralacaq: “İşlər yekunlaşmaq üzrədir. Mingəçevr elektrik stansiyasında güclü yanğın olmaylıb, sadəcə soyutma sistemlərinin gücü çatmadığı üçün qısaqapanma nəticəsində yanğın olub və qısa müddətdə problem aradan qaldırılıb. Hazırda elektrik enrjisinin verilişi üçün stansiyaların əksəriyyəti işlək vəziyyətə gətirilib”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərenerji   İşıq  





Xəbər lenti