“Azəriqaz” abonentlərə müraciət edib

“Azəriqaz” abonentlərə müraciət edib
  03 İyul 2018    Oxunub:1204
“Azəriqaz” İslethsalat Birliyi abonentlərə müraciət edib.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a daxil olan müraciətdə deyilir:

"SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması məqsədi ilə 03 iyul 2018-ci il tarixdə aparılması nəzərdə tutulan təmir-bərpa işləri texniki səbəblərə görə təxirə salınıb. Hal-hazırda həmin ərazilərə təbii qazın verilişində heç bir məhdudiyyət yoxdur".

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

AzVision.az


Teqlər:





Xəbər lenti