İşıq problemi 100 faiz aradan qaldırılacaq - Rəsmi açıqlama

İşıq problemi 100 faiz aradan qaldırılacaq - Rəsmi açıqlama
  03 İyul 2018    Oxunub:17500
“Azərişıq” ASC ölkədə elektrik enerjisinin təminatı ilə bağlı yeni məlumat yayıb.
Qurumdan AzVision.az-a verilən məlumata görə, ölkənin elektroenergetika strukturlarının gərgin əməyi sayəsində Respublika və paytaxt Bakının böyük hissəsi elektrik enerjisi ilə təchiz olunub.

“Artıq Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisi verilib. Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. İstehsalçı “Azərenerji” ASC tərəfindən elektrik enerjisi ötürüldükcə, paylayıcı “Azərişıq” ASC abonentləri işıqla təmin edəcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində zəruri bütün addımlar atılır və ən qısa vaxtda 100 faiz problem aradan qaldırılacaq”, - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər: Azərişıq  





Xəbər lenti