Bura Cocuq Mərcanlıdır - FOTOREPORTAJ

Bura Cocuq Mərcanlıdır - FOTOREPORTAJ
  03 İyul 2018    Oxunub:15812
Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndinin bərpasının ikinci mərhələsi tam başa çatdırılıb. Artıq 100-dən çox ailə 25 ildən sonra doğma yurdlarına qayıdıb.
İşğaldan azad edilən kənddə sakinlərin normal yaşayışı üçün hər bir şərait yaradılıb. Burada məktəb, uşaq bağçası, məscid, poçt, klub və digər zəruri infrastruktur obyektləri sakinlərin ixtiyarına verilib.

Cocuq Mərcanlı doğma Qarabağımızın bir parçasıdır. Hər bir azərbaycanlı buranı görməyə, doğma torpaqlarımıza ayaq basmağa, o yerlərin havasını udmağa, suyundan içməyə can atır. Odur ki, ilin müxtəlif fəsillərində Azərbaycanın digər bölgələrindən Cocuq Mərcanlıya səfər edənləri görmək olar.

AzVision.az-ın isti günlərini yaşayan Cocuq Mərcanlıdan hazırladığı fotoreportajı təqdim edirik:













































































Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: Cocuq-Mərcanlı  





Xəbər lenti