Bakının bəzi yerlərində suyun verilişi bərpa olunub

Bakının bəzi yerlərində suyun verilişi bərpa olunub
  03 İyul 2018    Oxunub:1756
“Bakı və Sumqayıt şəhərlərinin bəzi ərazilərinə suyun verilişi bərpa olunub”.
Bu barədə AzVision.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Qurum rəsmisi bildirib ki, artıq Bakının şərq hissəsində 41, 88, 105 Alatava su anbarlarında, həmçinin Maştağa su anbarından suyun verilişi bərpa olunub.

“Həmçinin Sumqayıt şəhərində də əhaliyə su verilir. 1-2 saata tam rejimə düşəcək və əhali 100 faizli su ilə təmin olunacaq. Bundan əlavə, artıq Oğuz-Qəbələ su kəmərində də elektrik enerjisinin verilişi bərpa olunub”.

Qeyd edək ki, Mingəçevr İES-də baş vermiş qəza nəticəsində elektrik enerjisindən qidalanan qovşaqlardan suyun verilməsi dayandırılmışdı. Nəticədə Bakı, Sumqayıt ərazilərində su problemi yaşanmışdı.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti