Nazirlik və “Azərenerji” birgə məlumat yaydı

Nazirlik və “Azərenerji” birgə məlumat yaydı
  04 İyul 2018    Oxunub:5951
Energetika Nazirliyi və "Azərenerji" ASC birgə operativ məlumat yayıb.
AzVision.az-a daxil olan məlumatda bildirilib ki, ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilib. Hazırda vəziyyət nəzarət altındadır, elektrik enerjisinin verilişi bərpa olunur.

Qeyd olunub ki, problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: Azərenerji  





Xəbər lenti