Dövlət Komissiyası işıq probleminə görə toplandı

Dövlət Komissiyası işıq probleminə görə toplandı
  04 İyul 2018    Oxunub:3187
“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar prezidentin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının iclası keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

Nazirin sözlərinə görə, iclas bu gün axşam saatlarında keçirilib, elektrik enerji təchizatında yaranan problemin ən qısa zamanda aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini komissiyanın sədri təyin edilib. Həmçinin energetika naziri komissiya sədrinin müavini, daxili işlər, fövqəladə hallar nazirləri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru komissiyanın üzvləri təyin olunublar.

AzVision.az


Teqlər:





Xəbər lenti