Elmar Vəliyevin vəziyyəti necədir? - Nazirlikdən açıqlama

Elmar Vəliyevin vəziyyəti necədir? - Nazirlikdən açıqlama
  04 İyul 2018    Oxunub:22783
Gəncənin icra başçısı Elmar Vəliyev məruz qaldığı silahlı hücum zamanı yaralanıb, amma onun vəziyyəti ağır deyil.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, hazırda Elmar Vəliyevə lazımi yardım göstərilir, həyatı üçün ciddi təhlükə yoxdur.

Qeyd edək ki, bu gün Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub. Hadisə nəticəsində icra başçısı yaralanıb, mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilib. Silahlı hücumu törədən Yunis Səfərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Elmar-Vəliyev  





Xəbər lenti