Sumqayıta gedənlər üçün 20 avtobus ayrılıb

Sumqayıta gedənlər üçün 20 avtobus ayrılıb
  04 İyul 2018    Oxunub:2616
Sərnişindaşıma sahəsində vəziyyətin normallaşdırılması, müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
“20 Yanvar” dairəsindən sərnişinlərin birbaşa Sumqayıt istiqamətində daşınması təmin edilib. Bakı Nəqliyyat Agentliyi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin koordinasiyalı işi sayəsində 20 ədəd iritutumlu avtobus cəlb edilib.

Hazırda Bakı Nəqliyyat Agentliyinin ərazisində “BakuBus” MMC-yə məxsus 10-dan artıq nəqliyyat vasitəsi ehtiyat tədbirləri üçün hazır vəziyyətdə saxlanılır. Zərurət yaranacağı təqdirdə həmin avtobuslar da sərnişinlərin xidmətinə veriləcək.

AzVision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti