Su problemi axşama kimi həll olunacaq

Su problemi axşama kimi həll olunacaq
  04 İyul 2018    Oxunub:3963
"Hər hansı qəza baş verməsə, axşam saatlarına qədər əhaliyə suyun verilməsində stabilliyi tam təmin edəcəyik"
Bunu AzVision.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. Qurum rəsmisinin sözlərinə görə, artıq bütün mənbələrdən tam həcmdə su gəlir.

“Yalnız Kür su xəttindən az həcmdə su gəlir, o da günorta saatlarında tam bərpa olunacaq. Şəhərin artıq böyük hissəsinə su vermişik, Nərimanov, Səbail, Yasamal, Nəsimi, Binəqədi, Suraxanı rayonlarına, Sabunçu rayonun bir hissəsinə su verilib. Abşeronda vəziyyət normaldır, Sumqayıtda vəziyyət yaxşıdır. Axşam saatlarında stabilliyi bərpa edəcəyik. Amma suyun tam rejimdə verilməsi sabah və digər günlərdə mümkün olacaq. Çünki anbarları su ilə doldurmalıyıq, xətlərimizdə tam təzyiqi təmin etməliyik”, - deyə A,Cəbrayıllı vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti