"Metronun işindəki fasilə ciddi sınaqdır" - Ekspert

"Metronun işindəki fasilə ciddi sınaqdır" - Ekspert
  04 İyul 2018    Oxunub:1500
"Bakı metropoliteninin işindəki məcburi fasilə paytaxtın bütün nəqliyyat sistemi üçün çox ciddi sınaqdır. Bakı Nəqliyyat Agentliyi artıq dünən axşamdan bütün avtobus parkının səfərbər edilməsi, metropolitenin də payına düşən sərnişinlərin avtobuslarla daşınması üçün əlindən gələni edir. Bu işdə çox ciddi məsuliyyət daşıyıcıların üzərinə düşür".
AzVision.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert nəqliyyatçıların diqqətinə çatdırıb ki, BNA-nın və digər dövlət qurumlarının yaranmış vəziyyətlə bağlı tövsiyə, tapşırıq və göstərişlərinə ciddi riayət etsinlər:

"Unutmayın ki, bu göstərişlər qanundan irəli gəlir. "Avtomobil nəqliyyatı haqqında" qanuna əsasən, təbii və ya texnogen xarakterli fövqəladə hadisələr baş verdikdə avtomobil daşıyıcıları onların nəticələrinin aradan qaldırılmasını idarə edən dövlət orqanlarının qanuni tələblərini yerinə yetirməyə borcludurlar. Nəzərə alın ki, bu sizin üçün də bir sınaqdır və cəmiyyətin yüksək etimadını qazanmağınız üçün bir şansdır. Aydın məsələdir ki, əhəmiyyətli maddi zərəriniz də olacaq, ancaq elliklə yaşadığımız bu problemin həlli üçün verəcəyiniz dəstəyin əvəzində cəmiyyətin minnətdarlığı hər hansı maddi mənfəətlə müqayisə edilə bilməz. Artıq dünən axşamdan etdikləriniz hər kəsə məlumdur. Bu işi bu gün də yorulmadan davam etməyiniz vacibdir",- deyə ekspert müraciətində vurğulayıb.



AzVision.az


Teqlər: BNA   Nəqliyyat   Avtobus  





Xəbər lenti