Sumqayıtda 14 top mərmisi tapılıb

Sumqayıtda 14 top mərmisi tapılıb
  04 İyul 2018    Oxunub:1313
Sumqayıtda 14 ədəd mərmi tapılıb.
Bu barədə AzVision.az-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Belə ki, bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 11 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 14 ədəd top mərmisi (11 ədəd 85 mm-lik O-365 və 3 ədəd 100 mm-lik OF-415) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 2 000 kv.m əraziyə (500 kv.m yeraltı və 1 500 kv.m yerüstü) baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti