Sərnişinlər nə vaxta kimi pulsuz daşınacaq?

Sərnişinlər nə vaxta kimi pulsuz daşınacaq?
  04 İyul 2018    Oxunub:1994
İyulun 3-ü saat 19:00 radələrindən etibarən “BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.
“BakuBus” MMC-dən AzVision.az-a verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, iyulun 4-ü də müntəzəm marşrut xətləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə ödənişsizdir.

Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: BNA   Avtobus   Bakubus  





Xəbər lenti