“Elmar Vəliyevin vəziyyəti yaxşıdır” - Deputat qardaşına zəng edib
Bu barədə AzVision.az-a YAP-çı millət vəkili Aydın Mirzəzadə məlumat verib. O, Elmar Vəliyevin qardaşı ilə telefon əlaqəsi saxladığını, icra başçısının vəziyyətilə maraqlandığını deyib.
Qeyd edək ki, dünən saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında Yunis Səfərov tərəfindən odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Elmar-Vəliyev