Tailand Kralı və Sudan prezidenti İlham Əliyevi təbrik edib

  04 İyul 2018    Oxunub : 946
Tailand Kralı və Sudan prezidenti İlham Əliyevi təbrik edib
Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
AzVision.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə müvəffəqiyyətlər və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına isə tərəqqi və rifah arzulayıram.

Əminəm ki, ölkələrimiz arasındakı səmimi dostluq münasibətləri və əməkdaşlıq qarşıdakı illərdə daha da dərinləşəcək və inkişaf edəcək.

Ölkə başçısına digər bir təbrik isə Sudan Respublikasının Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirdən gəlib.

Təbrik məktubunda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırır və bu mühüm vəzifənin həyata keçirilməsində Sizə uğurlar arzulayıram.

Qardaş Azərbaycan xalqının iradəsini əks etdirən bu seçki prosesinin şəffaflıq və etimad mühitində keçməsindən məmnunluq duyuram.

Sudan və Azərbaycan son 25 il ərzində təkcə çoxtərəfli birgə forumlar çərçivəsində yox, həm də ikitərəfli səviyyədə öz tərəfdaşlıqlarını möhkəmləndiriblər. Əminəm ki, Sizin növbəti prezidentlik səlahiyyətiniz müddətində ölkələrimiz bütün sahələrdə daha sıx əməkdaşlıq qurmaqda davam edəcəklər.

İcazə verin, fürsətdən istifadə edərək, ölkənizə və onun xalqına ən xoş arzularımı yetirim.

Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz.

AzVision.az

Teqlər: Prezident   Təbrik