Kəmaləddin Heydərov qəza baş verən ərazidə - FOTOLAR
Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olmuş, aparılan təmir-bərpa işlərini yaxından izləyib. Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulayıb.
Nazir Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.
AzVision.az
Teqlər: FHN