Vüsal Hüseynov Türkmənistan səfiri ilə görüşüb

Vüsal Hüseynov Türkmənistan səfiri ilə görüşüb
  04 İyul 2018    Oxunub:1869
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyevlə görüşüb.
Tanışlıq xarakteri daşıyan görüşdə iki ölkənin miqrasiya sahəsində əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

V.Hüseynov hazırda Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən yeniliklər barədə söhbət açıb. Bildirib ki, bir sıra vacib sahələrlə yanaşı, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi, əmək bazarının tənzimlənməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, bu sahədə meyarların qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunun təmin edilməsi istiqamətində mühüm tədbirlər reallaşdırılır.



Səfir Mekan İşanquliyev xalqlarımız arasında tarixən mehriban münasibətlərin mövcud olduğunu qeyd edib. Bildirib ki, siyasi, iqtisadi, diplomatik, ticarət və mədəni sahələrdə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün bütün lazımi potensial var. Diplomat vurğulayıb ki, tarixən ticarət yolları bizim ölkələrimizdən keçib. Bütün bu sadalananlar da miqrasiya mövzusunu aktual edir. Səfir Xidmətlə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini deyib.

Görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər: Vüsal-Hüseynov   Səfir   Miqrasiya-Xidməti  





Xəbər lenti