İlham Əliyev: “Heç kim qəzadan sığortalanmayıb”
Ölkə başçısı bildirib ki, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi.
"Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri anlayışa, dəstəyə görə, təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birilərinə köməklik göstəriblər. Bu hadisə göstərdi ki, Azərbaycanda sözün əsl mənasında vətəndaş həmrəyliyi mövcuddur", - deyə prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, baş vermiş qəza ciddi şəkildə araşdırılmalıdır: "Bu məsələ çox ciddi sualar yaradır, ciddi araşdırılmalıdır. Qəza nəticəsində vətəndaşlara isti havada əziyyət verildi. Biz bu vəziyyətdən çıxa bildik. Amma bu qəzalar baş verməməli idi. Doğrudur, qəza dünyanın hər yerində olur. Heç kim qəzadan sığortalanmayıb. Bir stansiyada baş vermiş qəza ölkənin enerji sisteminə ciddi ziyan vurdu. Günahkarlar məsuliyyə cəlb edilməlidir".
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident