Niyə qızlar “əclafları” sevirlər? – ELMİ CAVAB

Niyə qızlar “əclafları” sevirlər? – ELMİ CAVAB
  20 Yanvar 2013    Oxunub:2702
Çünki bu, təkamül prosesinin mexanizmlərindən biridir.
Biz “əclaf” deyəndə adətən eqoist, ancaq öz marağını düşünən və prinsipsiz, aqressiv insanları nəzərdə tuturuq. Məsələ ondadır ki, vəhşi təbiətdə bu keyfiyyətlər fərdin yaşamasına və nəslinin davam etməsinə yardım göstərən amillərdir. Heyvanlar aləmində dişi fərdlərlə cütləşmək uğrunda mübarizədə məhz bu cür keyfiyyətlərə malik olan erkək fərdlər qalib çıxırlar. Bu təbii seçim mexanizmi insanlar üçün də işləyir. İnsanın bir bioloji növ kimi inkişafının ilk dövrlərində bu mübarizə eynilə digər məməlilərin arasında olduğu kimi gedirdi – kim güclüdürsə, dişi fərdə o sahib çıxır və nəslini davam etdiməyə şans qazanırdı.
Amma təkamül getdikcə bu vəziyyət bir qədər dəyişib və işin digər tərəfi qabarmağa başlayıb. Belə ki, aqressiv və eqoist fərdlərin (söhbət kişilərdən gedir) onlardan törəyəcək nəsli təmin etmək imkanları daha böyükdür. Ona görə də qadınlar dişi fərd instinktilə həmin kişilərə meyilli olurlar – söhbət onların dünyaya gətirəcəkləri nəsli təmin etməkdən gedir...
Alimlərin fikrincə, zaman keçdikcə təkamülün bu mexanizminin işi də dəyişəcək. Çünki o, yüksək texnoloji səviyyəyə keçmiş insan cəmiyyətində öz aktuallığını itirəcək. Sadəcə, təkamül mexanizmlərinin yenidən köklənməsi xeyli vaxt aparan işdir...


Teqlər:





Xəbər lenti