Mingəçevir İES-dəki qəza ilə bağlı cinayət işi açılıb

Mingəçevir İES-dəki qəza ilə bağlı cinayət işi açılıb
  05 İyul 2018    Oxunub:4621
Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza ilə əlaqədar cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə məlumat verib.

Baş Prokuror qeyd edib ki, hadisə ilə əlaqədar müvafiq istintaq tədbirləri davam etdirilir. Onun sözlərinə görə, faktla bağlı yanğın təhlükəsizlik qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə cinayət işi qaldırılıb.

AzVision.az


Teqlər: Zakir-Qaralov   Baş-Prokurorluq  





Xəbər lenti