Elmar Vəliyevi güllələyən şəxslə bağlı daha bir açıqlama

Elmar Vəliyevi güllələyən şəxslə bağlı daha bir açıqlama
  05 İyul 2018    Oxunub:3412
Baş Prokurorluq iyulun 3-də Gəncə şəhərində baş verən cinayət hadisəsində şübhəli şəxs qismində təqsirləndirilən Yunis Səfərovun guya təsir və təzyiqlərə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzVision.az-a bildirib ki, bəzi internet informasiya resurslarında iyulun 3 də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun təsir və təzyiqlərə məruz qalması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.

Belə ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə verib, onun müdafiə və sair hüquqları tam təmin olunmuş, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansısa şikayət və müraciətləri daxil olmayıb.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti