Kasprşik Tonoyanla Naxçıvandakı vəziyyəti müzakirə edib

Kasprşik Tonoyanla Naxçıvandakı vəziyyəti müzakirə edib
  05 İyul 2018    Oxunub:1568
Bu gün Ermənistanın müdafiə naziri Davit Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən yayılıb.

Görüş zamanı tərəflər cəbhə xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyəti müzakirə ediblər. Ermənistan müdafiə naziri Kasprşikə Naxçıvan istiqamətindəki vəziyyət və son hadisələr barədə məlumat verib, onların mümkün nəticələrinə toxunub.

Öz növbəsində Kasprşik danışıqlar prosesində gündəmdə duran gələcək məsələlərlə bağlı Tonoyanı məlumatlandırıb.

AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti