“Diaspor təşkilatları birləşməlidir” - Komitə sədri hesabat verdi

“Diaspor təşkilatları birləşməlidir” -  Komitə sədri hesabat verdi
  05 İyul 2018    Oxunub:2680
“Komitəyə yeni sədr təyin olunmasından 2 aydan çox vaxt keçməsinə baxmayaraq, prezidentin tapşırıqları həyata keçirilib və bundan sonra da işlər davam etdiriləcək”
AzVision.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qurumun yaradılmasının 16-cı il dönümü ilə əlaqədar təşkil edilən tədbirdə deyib.

Komitə sədri bu müddət ərzində qurumda görülən işlər barədə məlumat verib. Bildirib ki, bir neçə istiqamət üzrə fəaliyyət həyata keçirilib.

"Biz Heydər Əliyevin diasporla bağlı fərman və sərəncamlarını bir daha gündəmə gətirdik və tezislər şəklində nəşr buraxdıq. Diasporla İş üzrə Dövlət Komitəsinin girişində Heydər Əliyevin büstünün yaradılması vacib idi. Daxili nizam-intizam qaydalarının yaradılması üçün işlər həyata keçirildi. İlk xarici səfərimiz Türkiyəyə oldu, yerli soydaşlarımızla görüşdük. Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində diaspor fəalları ilə görüş keçirdik. Daha sonra Gürcüstana səfərimiz oldu. Yaxın zamanlarda isə Avropaya səfər nəzərdə tutulub".

F. Muradov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni saytı istifadəyə verilib və diasporanın dünyada yayılması xəritə hazırlanıb. Bundan əlavə, Dövlət Komitəsinin yeni loqosu hazırlanılır.

Komitə sədri, həmçinin bildirib ki, Azərbaycan üçün çalışan, Azərbaycan dövlətçiliyi üçün fəaliyyət göstərən diaspor təşkilatları birləşməlidir. Onun sözlərinə görə, işlər o zaman effektli olar ki, birlikdə fəaliyyət göstərilsin.

"Analitik yanaşaraq, vəziyyəti təhlil etdik və gördük ki, biz birləşməliyik. Dövlət Komitəsinin əsas prinsipi birləşmək və birgə əməkdaşlıqdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Diaspor   Fuad-Muradov  





Xəbər lenti