“Erməni diasporuna ağır zərbələr endiriləcək” - Fuad Muradov

“Erməni diasporuna ağır zərbələr endiriləcək” - Fuad Muradov
  05 İyul 2018    Oxunub:3875
"Erməni lobbisi və onu dəstəkləyən qruplar artıq bilməlidirlər ki, yaxın zamanlarda onlara ağır zərbələr endiriləcək"

AzVision.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan həqiqətlərini inkar edən erməni diasporuna səslənərkən deyib.
Komitə sədri bildirib ki, artıq bütün istiqamətlərdə Azərbaycan diasporunun birləşmə prosesi gedir.

"Erməni diasporu hazır olsun. Onlar bu illər ərzində öz çirkin fəaliyyətlərinin qarşısının alınmasını görəcəklər. Biz onların təxribatlarını bilirik. Bir daha diaspor təşkilatlarına səslənirəm ki, onlar birləşsinlər və bu istiqamətdə fəaliyyətlərində Diasporla iş üzrə Dövlət Komitəsi onların yanında olacaq".

Azərbaycanın ərazi bütövlüyü məsələsinin vacib olduğunu vurğulayan F.Muradov erməni diasporuna xəbərdarlıq edib və bildirib ki, onlar öz çirkin əməllərindən vaz keçsinlər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Fuad-Muradov   Diaspor  





Xəbər lenti