33 vakant yer üçün müsahibə keçirilir
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin rəisi, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində Strateji planlaşdırma və proqnazlaşdırma şöbəsində sektor müdiri, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyində şöbə müdirinin müavini, inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan həmin Komitənin yanında Hərracların təşkili üzrə auksion mərkəzinin direktorunun müavini vəzifələridir.
Vətəndaşlar ümumi müsahibədə iştirak etmək üçün elektron qaydada qeydiyyatdan keçə bilərlər.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Artıq regionlarda yaşayan vətəndaşlar sənəd qəbulu üçün Bakıya gəlmələrinə də ehtiyac olmayacaq.
Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.
Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 5 iyuldan 5 avqust saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.
AzVision.az