Bakıda 2500-ə yaxın uşaq müsabiqəsiz I sinfə qəbul olacaq

Bakıda 2500-ə yaxın uşaq müsabiqəsiz I sinfə qəbul olacaq
  06 İyul 2018    Oxunub:2524
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üzrə 2 406 nəfər 6 yaşı tamam olmayan uşaq üçün müraciət daxil olub.
BŞTİ-dən AzVision.az-a verilən məlumata görə, “Təhsil haqqında” Qanuna edilən dəyişikliyə əsasən 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək. Artıq həmin uşaqların valideynləri artıq mektebeqebul.edu.az elektron sistemi vasitəsilə şəxsi kabinetə daxil olaraq məktəb seçimi edə bilərlər.

Qeyd edək ki, indiyədək xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılırdı.

Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər: BŞTİ   Şagird  





Xəbər lenti