Səfər Mehdiyevə yeni müavinlər təyin edildi

Səfər Mehdiyevə yeni müavinlər təyin edildi
  07 İyul 2018    Oxunub:13447
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.
Komitədən AzVision.az-a verilən məlumata görə, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunublar.

Bundan öncə İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.

Həmçinin komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov təyin olunub. O, bu təyinatadək Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin birinci müavini olub.

Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə isə Səməd Qaralov rəis təyin edilib. Bundan öncə, o, həmin idarədə rəsi müavini olub.

AzVision.az


Teqlər: Gömrük   Komitə   Təyinat  





Xəbər lenti