4 nəfərə 5150 manat "atan" şəxs tutulub

4 nəfərə 5150 manat "atan" şəxs tutulub
  07 İyul 2018    Oxunub:4927
Cari ilin aprel-iyun ayları ərzində Tərtər şəhər sakini Sahil Abdullayev Şıxarx, Azadqaraqoyunlu və Qaradağlı kənd sakinləri olan 4 nəfəri aldadaraq onlardan ümumilikdə 5150 manat pul alıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Abdullayev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: Tərtər   Dələduzluq  





Xəbər lenti