Ağsuda qadın keçmiş əri tərəfindən öldürülüb

Ağsuda qadın keçmiş əri tərəfindən öldürülüb
  07 İyul 2018    Oxunub:4940
Ağsu rayonunda qətl hadisəsi törədilib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, iyulun 6-da Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gəlmiş keçmiş əri, Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Bəyalıyeva orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bəyalıyev tutulub.

AzVision.az


Teqlər: Ağsu   Qətl  





Xəbər lenti