Fazil Məmmədov komissiya üzvülüyündən çıxarıldı

Fazil Məmmədov komissiya üzvülüyündən çıxarıldı
  07 İyul 2018    Oxunub:6376
Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarda dəyişikliklər edib.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, keçmiş vergilər naziri Fazil Məmmədov iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiyanın tərkibindən çıxarılıb, vergilər naziri Mikayıl Cabbarov komissiya üzvü kimi təsdiqlənib.

Bundan əlavə, “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin Siyahısı”nın 11-ci hissəsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi” sözləri “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilib.

AzVision.az


Teqlər: Novruz-Məmmədov   Fazil-Məmmədov  





Xəbər lenti