Komitə sədri Avropada azərbaycanlılarla görüşəcək

Komitə sədri Avropada azərbaycanlılarla görüşəcək
  09 İyul 2018    Oxunub:3364
İyulun 10-da Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Fuad Muradov Avropa ölkələrinə ilk rəsmi səfərə yola düşür.
Komitədən AzVision.az-a verilən məlumata görə, F.Muradov 4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatları ilə görüşəcək.

Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də daxildir.

AzVision.az



Teqlər: Diaspora   Fuad-Muradov  





Xəbər lenti